Apostol
İnam Simvolu
Allaha,
Qadir Ataya, yeri və göyü Yaradana inanıram.
Və
İsa Məsihə, Onun Yeganə Oğluna, bizim
Rəbbimizə inanıram ki,
O
Müqəddəs Ruh tərəfindən qoyuldu, bakirə
Məryəm tərəfindən doğuldu,
Ponti
Pilatın yanında əzab çəkdi, çarmıxa çəkildi,
öldü və dəfn edildi,
cəhənnəmə
endi,
üçüncü
gün ölülərdən dirildi,
göylərə
qalxdı
və
Qadir Ata Allahın yanında əyləşir
və
oradan diriləri və ölüləri mühakimə
etməyə gələcək.
Müqəddəs
Ruha,
müqəddəs
ümumdünya kilsəsinə,
müqəddəslərin
ünsiyyətinə,
günahların
bağışlanmasına,
bədənin
dirilməsinə,
əbədi
həyata inanıram.
Amin.